Dünya mediası Ərdoğanın siyasi zəfərindən yazır... - MADRİD ZİRVƏSİ GÜNDƏMDƏ...

Baxış sayı:
1939

Xəbər verdiyimiz kimi, Türkiyə, İsveç və Finlandiya tərəfindən imzalanan üçtərəfli memorandumda Finlandiya və İsveçin qardaş ölkə tərəfindən terror təşkilatları kimi tanınan PYD/YPG və FETÖ-ya dəstək verməyəcəyi və onları terror təşkilatı kimi tanıyacağı haqda razılıq əldə olunub.

Bu anlaşma dünya mətbuatında geniş işıqlandırılıb. Britaniyanın “The Economist” jurnalı Türkiyənin veto təhlükəsini aradan qaldırması ilə nəticələnən razılaşmanı Madriddə keçirilən NATO sammitində “Ərdoğanın qələbəsi” kimi şərh edib.

Qeyd edək ki, dörd saat davam edən sammitdən sonra tərəflər birgə bəyanat imzalayıblar. Stokholm və Helsinki administrasiyaları öz mövqelərindən geri çəkildikdən və bunu yazılı şəkildə bildirdikdən sonra Ərdoğan bu ölkələrin NATO üzvlüyünə “yaşıl işıq” yandırdı.

Maraqlıdır ki, “The Economist” jurnalının məqaləsində prezident Ərdoğanın futbolçu keçmişindən də bəhs edilir. Müəllif yazır ki, Finlandiya və İsveçə qarşı siyəsti futbolda olduğu kimi “peşəkar faul”dur: "Türkiyə prezidenti beynəlxalq siyasətdə istədiyini əldə etmək üçün peşəkar faullara yol verməkdən çəkinmir”.

Putinə “böyük zərbə”

Madrid zirvesi dünya basınında... Economist: Erdoğan eve zaferle dönüyor

Türkiyənin veto qərarından imtina etməsinin ABŞ prezidenti Baydenin qələbəsi olduğunu bildirən “The New York Times” (NYT) isə yazır ki, bu, Rusiya prezidenti Vladimir Putinə “böyük zərbə” oldu.

Rusiyanın Ukraynaya təcavüzündən sonra iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq üçün müraciət etdiyini xatırladan BBC də İsveç və Finlandiyanın Türkiyənin tələblərini qəbul etməsini mühüm qərar adlandırıb.

“Newsweek” isə “Putinin NATO-nun genişlənməsinin qarşısını almaq üçün atdığı addıma Türkiyədən zərbə” başlıqlı məqaləsində Türkiyənin veto qərarında israrlı olacağı təqdirdə sözügedən ölkələrin birliyə üzv ola bilməyəcəyini xatırladıb.

“Putinin Ukraynaya təcavüzü ilə bağlı irəli sürdüyü bir neçə “səbəb”dən biri onun NATO-nun genişlənməsinin qarşısını almaq istəyi olub”, - qeyd edən müəllif yazır ki, İsveç və Finlandiyanın NATO-ya üzv olması Rusiya üçün ciddi məğlubiyyət hesab olunmalıdır.

İsraildə çıxan "Haaretz" qəzeti də bu mövzudan bəhs edən məqaləsində "Türkiyə istədiyini aldı", - deyə vurğulayıb.

Son illərin ən mühüm NATO zirvəsi

Madrid zirvesi dünya basınında... Economist: Erdoğan eve zaferle dönüyor

“Washington Post” qəzeti “Türkiyə çərşənbə axşamı ittifaqın böyüməsinə zəmin hazırladı”, - qeyd eədərk, Madriddə keçirilən zirvəni “son illərin ən mühüm NATO zirvəsi” olaraq şərh edib.

İngiltərənin “Daily Mail” qəzeti Türkiyənin İsveç və Finlandiya nın NATO-ya üzv olmasının yolunu açdığını bildirib.

“Politico” nəşri bu anlaşmanı “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük hədəfləri qarşısındakı maneəni aradan qaldırdı” başlığı ilə oxucularına açıqlayıb.Məqalədə aşağıdakı ifadəlır yer alıb: “Madriddə görüşən liderlər indi Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etmək üçün rəsmi qərar qəbul edə bilərlər”.

Almaniyanın "Bild" qəzeti "Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı etirazından əl çəkdi", - deyərək, bu razılaşma ilə iki ölkənin NATO üzvlüyünə heç bir maneənin olmadığını vurğulayıb.

Xatırladaq ki, 4 aprel 1949-cu ildə 12 ölkənin imzaladığı Şimali Atlantika Müqaviləsi ilə qurulan NATO-nun bu gün 30 üzvü var. İsveç və Finlandiyanın alyansa qəbul edilməsi üçün NATO-nun 30 üzvünün hamısının razılığı tələb olunur.

Qafqaz.media