​Rusiya müharibəyə 1500 dəniz piyadasını cəlb etməyi planlaşdırır – İTKİLƏRİ ƏVƏZLƏYİRLƏR…

Baxış sayı:
472

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Ukrayna hərbçiləri Rusiyanın 6 hərbi texnikasını məhv edib.
"...Ötən gün ərzində iki helikopter, iki qırıcı (onlardan biri Su-34) və iki PUA məhv edilib", - Ukrayna Baş Qərargahının bazar günü səhər dərc etdiyi bəyanatda deyilir.
Həmçinin qeyd edilir ki, ruslar hərbi məqsədlər üçün mülki infrastrukturdan istifadə etməkdə davam edirlər: “Onlar beynəlxalq hüququn tələblərini pozaraq yüksək riskli obyektlərə bölmə və texnika yerləşdirməkdə, mülki şəxsləri atəşə tutmaqda, habelə yerli sakinlər arasında şəxsi əşyaların qanunsuz yoxlanılması və axtarışlarını həyata keçirməkdə davam edirlər”.
Ukrayna Baş Qərargahı iddia edir ki, “itkilərlə əlaqədar Rusiya Federasiyasının silahlı qüvvələri yeni bölmələr formalaşdırır. Xüsusilə 40-cı Əlahiddə Dəniz Briqadasından (Petropavlovsk-Kamçatski, Sakit Okean Donanması) təxminən 1500 nəfəri cəlb etməyi planlaşdırırlar”.
Qafqaz.media