MÜHARİBƏNİN 15-Cİ GÜNÜ: Rusiya ordusu “hücum tempini” azaldıb, döyüşçülər təslimçiliyə meyllidir

Ukrayna ordusu müdafiə mövqelərində daha da məhkəmlənir, Rusiya qoşunları hücumun sürətini azaldıb.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yerli vaxtla saat 06:00-a olan operativ məlumatında deyilir.
"Ukrayna Müdafiə Qüvvələri Rusiya Silahlı Qüvvələrinin Donetsk, Slobojanski və Tauride əməliyyat rayonlarının bir hissəsində hücumunu dayandırmaqdadır. Onlar Ukraynanın Xarkov və Axtırka şəhərlərini müdafiə edirlər. Əsas səylər düşmənin hücumunun qarşısını almağa yönəlib. Mariupol şəhərinin hərtərəfli müdafiəsi davam edir”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, o da bildirirlir ki, Ukrayna qüvvələri Belarus Respublikası ilə dövlət sərhədini mühafizə etməkdə davam edir. Həmçinin, Ukrayna hərbçiləri paralel olaraq Çerniqov şəhərinin müdafiəsini də həyata keçirir.
Xəbərdə deyilir ki, Rusiya qoşunlarının Kiyev istiqamətində irəliləməsinin qarşısını almaq üçün tədbirlər görülür. Kiyevin müdafiəsini təşkil edən qüvvələr rus ordusunun hücumunu dəf etməyə daim hazır vəziyyətdədir.
“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması raket və bomba zərbələrini dəf edir və rusların hava hücumu vasitələrini məhv edir. Ukraynanın mühüm obyektlərini və qoşun qruplaşmalarını hava hücumundan müdafiə ilə təmin edir”, - Baş Qərargahın bəyanatında deyilir.
Ukrayna hərbi idarəsi qeyd edib ki, Rusiya ordusu “hücum tempini” azaldıb və döyüşçülər təslimçiliyə meyllidir.