TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - Monitorinq Mərkəzi yanvardan fəaliyyətə başlayacaq / Yenilənib

Baxış sayı:
1349

Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycana çatıblar. NTV xəbər verir ki, Rusiya və Türkiyənin qurduğu Ortaq Mərkəz yanvar ayının ilk həftəsində fəaliyyətə başlayır.

Telekanalın xəbərinə görə mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbi kontingenti briqada generalının (adı göstərilmir) komandanlığı altında Azərbaycana göndərilib.

Atəşkəsin pozulması ilə bağlı hər hansı bir hadisə baş verəcəyi təqdirdə həm Moskva, həm Ankara, həm də Bakı və İrəvanla birbaşa əlaqə qurulacaq və atəşkəs şərtlərinin qorunması üçün səylər göstəriləcək.

Bölgədəki yoxlamalarla yanaşı, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər.