"Azərbaycan əsgərləri Şurnux kəndinə daxil olublar" - ERMƏNİ MEDİASI

Baxış sayı:
1604

Azərbaycan əsgərləri Qubadlı rayonunun Ermənistanın Sünik bölgəsilə sərhədində yerləşən Şurnux kəndinə daxil olublar.
Ermənistan mətbuatı bildirir ki, bu barədə Şurnux kəndinin icma rəhbəri Hakob Arşakyan məlumat verib.
 Hakob Arşakyan deyib ki, təxminən 20 dəqiqə əvvəl azərbaycanlılar Şurnux kəndinə gəldilər və delimitasiya aparılır: “Delimitasiya prosesində GPS-dən istifadə edilir. Bu da o deməkdir ki, kəndin yarısını  tərk edəcəyik”.
Bildirilir ki, kənddəki evlərin 12-si Azərbaycan tərəfinə düşür./Yeniavaz.com