​ƏLİSA NİCAT KAMAL ABDULLANI “YIXIB-SÜRÜDÜ” – Rektorun “Türk dünyasına xidmət” mükafatı almasına sərt reaksiya...

Baxış sayı:
1900

Mən Kamal Abdulla – nasirliyə heç bir aidiyyatı olmayan yazıçı, filologiyadan uzaq olan ədəbiyyatşünas, hər cür elmlərə orta məktəb şagirdindən də qat-qat az dəxli olan akademik kimi daim kölgəyə çəkilib firavan və şad-xürrəm bir bəndəyəm. Özü də daim rəis və rektor işləmişəm və anlaşılmaz bir səxavət əvəzində bəxt günəşim başım üstündə daim par-par parıldayır. Hal-hazırda da Xarici Dillər Universitetinin rektoruyam.
Bu günlərdə kollektivi tamamilə uzunqulaqlardan ibarət olan Almaniyanın  “Türk dünyası” institutu tərəfindən çox böyük miqdarda pulla türk dilçiliyi və mədəniyyəti sahəsində böyük xidmətlərimə görə mükafata layiq görülmüşəm.
Lakin mən hər cür nakişiliyə və şərəfsizliyə pis baxan bir ziyalı kimi bu mükafatdan imtina edirəm.  Çünki mənim Almaniyanın “Türk dünyası” institutunun uzunqulaq kollektivindən fərqli olaraq  türk dilləri, türk ədəbiyyatları, türk mədəniyyətlərinə heç bir bağlılığım yoxdur, heç bir xidmətim olmayıb. Və bu barədə bir səhifə də olsa heç bir yazım, məqaləm və əsərim işıq üzü görməyib. Yəni mən türkçülükdən, türkologiyadan, türk xalqları tarixindən, türk qarşılıqlı əlaqələrindən tamamilə xəbərsiz bir adamam. Ona görə də məndə belə bir şübhə əmələ gəlib ki, həmin alman institutunun hiyləgər əməkdaşları məni təhqir etmək, ələ salmaq üçün bu mükafata layiq görüblər. Necə ki, ABŞ-da kinematoqrafiya münsiflər heyəti ilin ən pis rejissor və aktyoruna xüsusi mükafat təsis edib.

Kamal Abdulla
Almaniyanın türkçülük institutu həmin bədnam türkçülük institunun uzunqulaq heyətinə məsləhət görərdim ki, mükafatı mənə yox, Azərbaycanda çox böyük hörmət sahibi olan, şumerlərdən, etrusklardan, skiflərdən bəri bütün türk xalqlarının tarixinə, dilinə aid onlarla elmi, bədii əsərlər yazıb çap etdirmiş şəxsiyyətlərə, daha doğrusu şəxsiyyətə versinlər. Mən nakişi adam deyiləm və yuxarıdakı fikri söyləməyi, etiraf etməyi özümə şərəf bilirəm. Əgər bunu etməsəydim,  mükafatı dördəlli qamarlasaydım, deməli bütün bu sadaladığımız məziyyətlərdən  məhrum olan bir anti-nakişi adam olardım.
Hörmətlə: Dillər Universitetinin rektoru, bir neçə mənasız bədii əsər müəllifi, akademik (niyə, özüm də bilmirəm)  Kamal Abdulla.

Təqdim etdi: Əlisa NİCAT,
Hurriyyet.org