Qarabağda daha 8 erməni əsgərinin cəsədi tapıldı
24-12-2020 12:15
Baxış sayı:
1193

Axtarış işləri zamanı Qarabağda daha səkkiz erməni hərbçisinin qalıqları tapılıb.
“Novosti Armeniya” bildirir ki, bu barədə Ermənistan FHN-in nümayəndəsi Unan Tadevosyan məlumat verib.
Qeyd edilir ki, noyabrın 13-dən bəri döyüş əməliyyatları zonasında 1 069 erməni əsgərinin meyiti və qalıqları tapılıb.
Tadevosyan onu da bildirib ki, axtarış işləri Hadrut və Cəbrayıl istiqamətində aparılıb./Virtualaz.org