"Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi davam edir" - Rusiya XİN
16-12-2020 17:45
Baxış sayı:
1197

“Hərbi əsirlərin dəyişdirilməsi prosesi davam edir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, bir müddət əvvəl Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əsirlərin mübadiləsinin baş tutduğunu xatırladıb.
M. Zaxarova əsirlərin mübadiləsi prosesinin davam etdirildiyini söyləyib.