Yerevan Qarabağ separatçılarının rəhbərlərindən izahat istəyir - ERMƏNİ HƏRBÇİLƏRİNİN GİROV GÖTÜRÜLMƏSİ VİDEOSU İLƏ BAĞLI
16-12-2020 08:35
Baxış sayı:
1516

Ermənistanın Müdafiə Nazirliyi Qarabağ separatçılarının silahlı birləşmələrinin rəhbərliyindən erməni hərbçilərinin girov götürülməsi ilə bağlı geniş yayılmış videoçarxlara dair izahat gözləyir.
Bu barədə "Aysor" nəşri məlumat yayıb.
Bundan əvvəl sosial şəbəkələrdə və bəzi Azərbaycan KİV-də azad edilmiş ərazilərdə çoxlu sayda erməni təxribatçılarının əsir alınması ilə bağlı videokadrlar yayılmışdı. Bildirilirdi ki, yüzlərlə erməni təxribatçısı əsir götürülüb.