40-dan çox erməni əsirin olduğu təyyarə İrəvana enib - 9 ƏSİRİN QARŞILIĞINDA...
14-12-2020 23:16
Baxış sayı:
1381

40-dan çox erməni əsirin olduğu təyyarə bir neçə dəqiqə əvvəl İrəvanın Erebuni aerodromuna enib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, Ermənistannın baş naziri Nikol Paşinyan buna qədər bildirmişdi ki, İrəvan və Bakı “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi barədə razılığa gəliblər. Erməni tərəfinin bildirdiyinə görə, Azərbaycanda bu ölkənin 60 hərbi qulluqçusu və 40 mülki şəxs əsirlikdə saxlanılırdı./apa
Qeyd edək, bu gün Azərbaycan tərəfi də 9 nəfər əsir və girovu azad edib.