Yerevanda Paşinyanın əleyhinə növbəti aksiya - BU DƏFƏ "NİKOLSUZ ERMƏNİSTAN" ŞÜARI İLƏ
14-12-2020 19:45
Baxış sayı:
998

Ermənistan müxalifəti Yerevanda növbəti itaətsizlik aksiyası - "Ləyaqət yürüşü» keçirir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Etirazçılara görə, bu yürüş Paşinyan və onun hökumətinə iddia etdikləri kimi, heç də xalqın dəstəyini almadıqlarını sübut etmək məqsədi daşıyır.
Etirazçılar "xəyanətkar Nikol", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.
Xatırladaq ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları "Daşnaksütun", "Ana Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.