Nəcməddin Sadıkovun bacısı oğlu vəzifəsindən azad edildi

Baxış sayı:
1726

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.

Trend xəbər verir ki, bununla bağlı Müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.

Nazirlikdən faktı Trend-ə təsdiqləyiblər.
 

Qeyd edək ki, vəzifəsindən azad edilən general-mayor Ramil Əsgərov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkovun bacısı oğludur. Azərbaycan Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, Nəcməddin Sadıkov artıq Baş Qərargah rəisi deyil.