Çində Rusiya ilə həmsərhəd şəhərə giriş-çıxış bağlandı - KORONAVİRUS TƏHLÜKƏSİ SƏBƏBİNDƏN
12-12-2020 23:03
Baxış sayı:
769

Çində Dunin şəhərinin səlahiyyətliləri koronavirusun yayılma təhlükəsi səbəbiylə 13 dekabr tarixindən şəhərə giriş və çıxışın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.
Bu barədə "RİA Novosti" xəbər verir.
Şəhər ərazisində həmçinin, ictimai nəqliyyat vasitələrinin və taksilərin hərəkəti müvəqqəti olaraq dayandırılır. Bundan başqa, şəxsi avtomobillərin idarə edilməsi də qadağandır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə dünyada koronavirusa yoluxmuş 69,5 milyondan çox insanın 1,6 milyonu vəfat edib.