​21 Azər günü Uca Türk millətinə xeyirli olsun - CAHANDAR BAYOĞLU YAZIR

Baxış sayı:
1648

Şəhriyar: “Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan”

1813-ci ilin “Gülüstan”, 1828-ci ilin “Türkmənçay” muqavilələrinə dayanan, 24 il sürən 1-ci Azərbaycan-Rusiya savaşının sonucu olaraq Azərbaycan Qacar Türk dövləti parçalandı və zəiflədi. 1905-ci ildə Səttarxan Qacarlar dövlətində məşrutə (demokratik) hərəkat başlatdı, məğlub oldu. 1919-ci ildə Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli dövlətini qurdu, 6 ay yaşadı. Zəifləyən Qacarlar səltənətində Türklərin demokratik və milli hökümət qurma cəhdləri ingilis qaynaqlı xarici güclər tərəfindən qarşısı alındı.
1926-cı ildə Qacar Türk Dövləti çökdürülərək, Palani fars şovinizmi hakimiyətə gətirildi. Palani şah şovinist rejimi Türkləri bütün milli haqlardan kənarda qoydu. Bir faşist rejimi olaraq Türk kimliyini darmadağın etdi. Sovet bolşevik rejiminin etdiklərini, hakimiyyəti ələ keçirən fars şovinizmi eynən təkrarladı.

İkinci dünya savaşında ingilislərlə bir olan Palani fars rejimine qarşı Moskva Azərbaycan milli qüvvələrinə dəstək verdi. Azərbaycanın Güneyində milli komunistlərin rəhbərliyi ilə 21 Azər (12 dekabr) günü Azərbaycan Demokrat Partiyası Milli Hökümətini elan etdi. Bu hökümət 1 yıl yaşadı, eyni gündə 21 Azər günü Moskvanın xəyanəti ilə işğal olundu. Bir il ərzində sınırlarımız doğru müəyyləşməsə də, bağımsız milli Azərbaycan dövlətçiliyi üçün ciddi addımlar atıldı. Dilimiz Türkçə, millətimiz Türk olaraq adlandı. Məktəblər, Unversitetlər açıldı. Milli nazirliklər quruldu. Milli pul basıldı. Milli ordunun yaradılması üçün böyük işlər görüldü.

İkinci Dünya savaşında müttəfiq olan ingilis-rus birliyi milli dövlətimizin qurulmasına son verdi. 30 minə yaxın soydaşımız fars şovinizminin qurbanı oldu, şəhid edildi. Pişəvari və dava arkadaşları Sovet Azərbaycanına gəldi.
1947-ci ildə Pişəvari KGB sui-qəsti ilə avtoqəzada öldürüldü. Dava arkadaşları Sovetlər Birliyinə dağıdıldı.
Hər nə qədər Azərbaycanın Güneyindəki Milli Hərəkatlar qanla bastırılısa da Türk milləti bağımsızlık mücadiləsindən əl çəkmədi. Bu gün 50 milyonluq Türk milləti Türklük davasını sona çatdırmağa qərarlıdı və başarılı olmaqdadır. Şairimiz Şəhriyarın dediyi kimi: “Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan”.
Cahandar BAYOĞLU
Turan Partiyası Başqanı