Azərbaycan “YARASA”sı: ilk dəfə paradda nümayiş etdirildi - VİDEO

Baxış sayı:
1965

Bu gün Azadlıq Meydanında keçirilən Zəfər paradında Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da iştirak ediblər.

Virtualaz.org bildirir ki, “YARASA” adlanan döyüşçülər qələbə yürüşündə yer alıblar.

Haber Global-ın yaydığı məlumata görə, Azərbaycan "YARASA"nı ictimaiyyətə ilk dəfə təqdim edib.

Məlumatlara görə, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir. Bu bölmənin hərbçiləri "Dəmir yumruq" əməliyyatında iştirak ediblər, özü də əsasən düşmənin, necə deyərlər, dərin arxa cəbhəsində işləyiblər.

Həmçinin məlumdur ki, "YARASA" döyüşçüləri Azərbaycanın yaşayış məntəqələrinin azad olunmasında iştirak ediblər. Xüsusilə, Qubadlıya ilk olaraq onlar daxil olublar.

"YARASA" döyüşçüləri orden və medallarla təltif olunublar və haqlı olaraq Azərbaycan Silahlı Qüvvələrinin elitası və fəxri hesab edilirlər.