ƏLİYEV VƏ ƏRDOĞAN BİRLİKDƏ ŞUŞAYA GEDƏCƏK! - Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər / VİDEO

Baxış sayı:
1110

Dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

“Türkiyə şirkətlərinin iştirakı ilə Şuşa şəhərinə avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik” - deyə  Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışnda Şuşaya getmək niyyətini açıqlayıb: “Yollar çəkiləndən sonra Şuşaya gedək. Şuşada bərabər olaq dedik. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə görmək bizim üçün eşqdir”.

“Şəhidlərimizin ruhlarını da şad edək. Şəhidlərimiz bir şeyə inanaraq şəhid oldular”, - o qeyd edib.

Dövlət başçıları arasında sənədlərin imzalanması mərasimini və onların çıxışlarını təqdim edirik: