“Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır” - ARAİKDƏN İTKİLƏRİ İLƏ BAĞLI ETİRAF
16-11-2020 10:54
Baxış sayı:
1277

Şuşa yaxınlığındakı ərazidən 150 erməni hərbçisinin cəsədi çıxarılıb.
Bu barədə Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edən Araik Arutyunyan bildirib.
O, böyük itki verdiklərini bir daha etiraf edib: “Bunu Şuşa yaxınlığından çıxarılan 150 cəsəd də sübut edir. Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır”.
Separatçı lider Ermənistandakı daxili sabitliyə təhdidlərdən də narahat olduğunu dilə gətirib.