"Qarabağda daha bir neçə yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altına keçib" - İLHAM ƏLİYEV
12-10-2020 21:46
Baxış sayı:
1168

Qarabağda daha bir neçə yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altına keçib.
Bu barədə oktyabrın 12-də Türkiyənin Haber Global telekanalına müsahibəsində prezident İlham Əliyev bildirib.
"Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik", deyə Əliyev bildirib.