AXCP fəalları Xədicə İsmayılın plakatlarına görə saxlanıldı
16-01-2015 11:48

Ötən axşam Şəkidə AXCP fəalları Əli Abdullayev və Mübariz Əbdülkərimov saxlanılıblar. Həmçinin fəal Rauf Əbdürəhmanov da polisə çağırılıb.
"Turan"-ın məlumatına görə, fəallar iki gün öncə Şəkidə “Xədicə İsmayıla azadlıq!” sözləri yazılmış plakatları yapışdırdıqlarına görə saxlanılıblar.
Onların inzibatı məsuliyyətə cəlb olunacağı gözlənilir.