Ötən gün İraqda keçirilən aksiyalarda 13 nəfər həlak olub

Baxış sayı:
15923

Bazar günü İraqın cənunbunda aksiyaçılarla polis arasında baş verən toqquşmalar zamanı azı 13 nəfər həlak olub, daha 150 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyətinə istinadən "Associated Press" agentliyi bildirib.

Ölkə rəhbərliyinin nümayəndələri ötən günü keçirilən nümayişi ölkənin cənubunda təxminən iki ay davam edən dövlət əleyhinə bütün aksiyaların ən pisi adlandırıblar.
İraqda etiraz aksiyaları oktyabrın əvvəlindən səngimir. İnsanlar şəhərlərin küçələrinə çıxaraq ölkədə həyat şəraitinin pisləşməsinə, gənclər arasında işsizliyin yüksək faizinə və korrupsiyaya etiraz edirlər.
Muxalifet.az