Orta məktəbdə BƏDBƏXT HADİSƏ
30-10-2019 17:23
Baxış sayı:
3877

Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.
Hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.
Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (trend)