ABŞ-dan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: ilin sonunda...
30-10-2019 10:28
Baxış sayı:
3751

Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemi ilin sonuna qədər fəaliyyətə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb.
Nazirliyin alış və təmir işlərindən məsul sədr köməkçisi Ellen Lord jurnalistlərə verdiyi açıqlamada bu barədə danışıb.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında Rusiya Türkiyəyə 4 ədəd "S-400" batareryası satdığını açıqlamışdı. Müqavilə Türkiyə tərəfinə məhdud sayda istehsal texnologiyasının verilməsini də ehtiva edir.
Batareyaların təhvil işinə bu ilin iyulunda start verilmişdi.