NASA-dan qorxunc İDDİA: “2020-ci ildə dünyaya nəhəng asteroid çırpılacaq”

Baxış sayı:
9637

8 ay sonra dünyaya çırpılacağı ehtimal edilən asteroid ciddi fəsadlar törədə bilər.

NASAnın yaxından izlədiyi və 2020-ci ilin aprel ayında dünyaya çırpıla biləcək asteroid haqqında sizlərə ətraflı məlumatları təqdim edirik. 

1998 OR2 adını daşıyan asteroid təxminlərə görə 29 apreldə dünyanın yaxınından keçəcək. Alimlərin araşdırmalarına görə, asteroidin diametri təxminən 4 km-dir.

Yerin 6.3 milyon km məsafədə yaxınlığından keçəcəyi proqnozlaşdırılan asteroid o qədər də təhlükəli olmaya bilər. Ancaq elm səhv bir şəkildə irəlilədikcə bu proqnoz dəyişə bilər və asteroidin traektoriyası dəyişərək Yer kürəsinə dəyə bilər.

"Yarkovski effekti" olaraq bilinən və Polşa əsilli İvan Yarkovskinin aşkar etdiyi elmi məlumata əsasən radiasiya asteroiddə istilik səviyyəsini artırarsa onun istiqamətini dəyişə bilər.

Bəzən fəzada öz oxu ətrafında hərəkət edən cisimlər Günəş şüalarının təsiri altında öz hərəkət istiqamətlərini dəyişir. "Yarkovski effekti" də məhz bundan ibarətdir.

Digər bir elmi məlumat isə, cazibə qüvvəsinin açarı kimi tanınır. Yəni bir planetin cazibə qüvvəsi yaxından keçən bir cismə təsir göstərə və trayektoriyasını dəyişdirə bilər.

Sözügedən asteroid 2020-ci ilin aprel aynın 29-da səhər saatlarında yerə yaxın məsafədən keçəcəyi gözlənilir.

NASAnın İdarəetmə direktoru Jim Bridenstine 1998 OR2 adlı asteroid haqqında bunları deyib: “İnsanların bunun bir Hollivud filmi olmadığını anladıqlarına əminik. Həqiqətən də bu bir film deyil”.