Kanalda ayağına dəmir batan azyaşlı xilas edildi
30-08-2019 18:03
Baxış sayı:
8377

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində 1 nəfər azyaşlının kanalda ayağına dəmir parçası bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən Muxalifet.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.