Uşaq pulu ilə bağlı əhaliyə ŞAD XƏBƏR - Deputat AÇIQLADI

Baxış sayı:
15079

“Mənə yazdıqlarınızdan aydın olur ki, sizi ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaq pulları ilə bağlı məsələlərdir. Heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir. Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin də əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur”.
Muxalifet.az xəbər verir ki, bu fikirləri millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Feysbuk səhifəsində yazıb.
O, sözlərinə belə davam edib: “Pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı biz parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb”.
O, daha sonra bunları deyib: “Bir daha qeyd etmək istiyirəmki, mən siyasi fəaliyyətim dövründə həmişə xalqın və seçicilərimin yanında olmuşam. Onların maraqlarını təmin edən çıxışlar etmişəm. Mən yenə də bu fikirdəyəm ki, Feysbuk səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. İstənilən konstruktiv fikir mübadilərinə və tənqidərə həmişə hazıram. Sizdən xahişim odur ki, xoş niyyət və fikirləriniz üçün daima açıq olan bu platformanı söyüş meydanına çevirməyək”.