Ərdoğan Rusiyaya getdi: Moskvada nələr olacaq?

Baxış sayı:
6052

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər edib. Muxalifet.az xəbər verir ki, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, xəzinə və maliyyə naziri Berat Albayrak müşaiyət edir. Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Əsas müzakirə mövzusu Türkiyə-Rusiya münasibətləri və Suriya məsələsidir. Türkiyə prezidenti MAKS-2019 Beynəlxalq Hava və Kosmik Sərginin açılışında da iştirak edəcək.