PİLOT HUŞUNU İTİRDİ: Sərnişin təyyarəni yerə endirdi - VİDEO
27-08-2019 11:30
Baxış sayı:
6046

Mançester şəhərindən Portuqaliyaya məxsus Madeyra adasına uçan təyyarənin pilotunun vəziyyəti pisləşib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ürəyi gedən pilota yan oturacaqda oksigen maskası ilə kömək etməyə çalışıblar. Təyyarəni isə sərnişinərdən biri Portuqaliyanın Porto şəhərinin havalimanına endirə bilib. Həmin şəxsin pilot olduğu müəyyən olub. Huşunu itirən pilot isə xəstəxanaya aparılıb.