"Azərbaycan" İES-də DƏHŞƏTLİ HADİSƏ: Diri-diri yandı - FOTO

Baxış sayı:
6220

Mingəçevirdə 34 yaşlı kişi faciəvi şəkildə vəfat edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında işləyən 1985- ci il təvəllüdlü Sənan Yəhyayev ehtiyatsızlıqdan transformatora yıxılıb. 6000 Kvt-lıq transformatora düşən 34 yaşlı S.Yəhyayev yanaraq ölüb. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, Sənanın azyaşlı uşaqları qalıb.