Azərbaycanda ayaqqabı ilə vurulan hakim vəfat etdi

Baxış sayı:
5842

Azərbaycanda bir sıra qalmaqallı məhkəmə işlərinə hakimlik edən Mirpaşa Hüseynov vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o uzun müddət məhkəmə-hüquq sistemində çalışıb və keçən il təqaüdə çıxıb.

M. Hüseynov vaxtilə məhkəmə iclaslarının birində ona ayaqqabı atılması ilə gündəmə gəlmişdi. Ruhani Abgül Süleymanovla bağlı 2012-ci ildə məhkəmə qərarını elan  edən zaman prosesdə iştirak edən dindarlardan biri hakimə ayaqqabı atmışdı.