PKK-nın təşkilata üzv olmayanlara verdikləri DƏHŞƏTLİ İŞGƏNCƏNİN görüntüləri yayıldı – VİDEO

Baxış sayı:
9274

Suriyanın Menbiç bölgəsində terror təşkilatı YPG/PKK təşkilata qatılmadıqları üçün iki ərəbə verdikləri işgəncənin görüntüləri yayılıb.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Görüntülərdə təşkilatdan silah almağı qəbul etməyən şəxslərin saatlarla qamçılandığı əks olunub.
Suriyada çəkilən bu görüntülərdən sonra qamçılanan şəxslərin Damalha tayfasına mənsub olduqları ortaya çıxıb.
Qanlar içərisində qalan şəxslərin yalvarışlarına məhəl qoymayan təşkilat üzvləri onları silah almağı qəbul edənədək qamçılayıblar.
Gəncləri zorla silahlandıran və terror təşkilatına üzv olmağa məcbur edən YPG/PKK terrorçularının daha öncədə buna bənzər də bir videosu yayılıb.
Görüntülərin ortaya çıxmasından sonra Damalha tayfası ilə yaranmış vəziyyətdən cana doyan digər tayfalar birləşərək bölgədəki terror zülmünə son qoymaq üçün etirazlara başlayıblar.
Bunun üçün bölgədə yaşayan hər kəsə çağırış edib, onları da susmağa səsləyiblər./musavat
 

 
 
 
 
 

00:12

 
 
 
 
01:04