Sərhədə yeridilən on minlərlə əsgər əmr gözləyir - Prezidentdən yeni MÜHARİBƏ XƏBƏRDARLIĞI
26-08-2019 17:23
Baxış sayı:
13099

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yeni əməliyyatın anonsunu verib.
Publika.az xəbər verir ki, Ərdoğan Malazgirt döyüşünün 948-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Fəratın şərqində hərbi əməliyyatlara başlamağa hazır olduqlarını bəyan edib.
“Diplomatiyaya önəm veririk və məsələni danışıqlar yolu ilə həll etsək, yaxşı olar. Amma istəyimiz xaricində nəyə məcbur etsələr, bütün planlarımız hazırdır, ordumuz sərhədi keçəcək”, - deyə o bildirib.