Helikopterlə təyyarə toqquşdu - 7 nəfər öldü - VİDEO
26-08-2019 11:40
Baxış sayı:
8677

İspaniyanın Mollorka adası üzərində uçan vertolyotla kiçik şəxsi təyyarə toqquşub.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər dünyasını dəyişib. Onlardan ikisinin uşaq olduqları bildirilir.
Qəza bir xəstəxana binasının üzərində baş verib. Təyyarənin quyruq hissəsi yola, digər hissəsi isə bir evin bağına düşüb.