Qubadakı yanğın yayılmaqda davam edir - Video
19-08-2019 16:01
Baxış sayı:
7239
Şabranda başlayıb Quba rayonunun ərazisinə keçən yanğın davam edir.
Səhər saatlarından başlayan yanğını hələ söndürmək mümkün olmayıb. Kolluq və quru otlarla örtülmüş təpələrdə yanğın yayılmaqda davam edir. Yanğınsöndürənlər alovun meşəlik əraziyə keçməsinin qarşısını almağa çalışırlar.
Hadisə yerinə regionda olan yanğınsöndürmə xidmətlərinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hadisə yerindən son görüntünü təqdim edirik: