“Qrenlandiya satılmır” – Danimarkanın baş naziri
19-08-2019 08:54
Baxış sayı:
6952

Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a satılması ehtimalını istisna edib. “Report” xəbər verir ki, bu barədə o, yerli mətbuata verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qrenlandiya satılmır.
Frederiksen, Danimarkanın digər ticarət mövzularında əməkdaşlıq üçün açıq olduğunu ifadə edib.
Baş nazir ümid edib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı verdiyi açıqlamalar ciddi deyil.