Bakı metrosunda İNSİDENT: Qadın tələbənin üstünə hücum çəkərək saçlarını yolub
15-08-2019 10:55
Baxış sayı:
17706

Tələbə atasına “gedək buralardan” deyə qışqırıb Bu gün səhər saatlarında Bakı metrosunda insident yaranıb. Hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib. AzNews.az-ın əməkdaşının gözləri qarşısında baş verən insident Qax rayonundan tələbə adını alan və Bakıya universitetə sənəd verməyə gələn tələbə ilə orta yaşlı qadın arasında yaşanıb. Stansiyada qatar dayanan anda qadın tələbənin üstünə hücum çəkərək saçlarını yolub. Bunu görən ata qızını qadının əlindən almaq istəyib. Lakin qarşı tərəfdən tələbə qıza atılan yumruqların bir neçəsi kişiyə dəyib. Qorxudan rəngi saralan tələbə gözyaşı içində üzünü atasına tutaraq “gedək buralardan” deyə qışqırıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadına izahat verməsini istəyib.