BAKIDA İLGİNC ANLAR: Avtobusda çətirlə əyləşməli oldu - VİDEO
9-08-2019 13:09
Baxış sayı:
9892

Xəbər verdiyimiz kimi, dünəndən paytaxt ərazisində yağan güclü yağış bir sıra problemlərə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki,güclü yağış avtobuslardan da yan keçməyib.
Bakıda fəaliyyət göstərən avtobuslardan bəzilərinin içərisinə yağış suyu tökülüb. Sosial şəbəkələrdə yayılan videoda da belə avtobuslardan birindəki vəziyyət öz əksini tapıb. Sərnişinlər avtobusda çətirlə oturmağa məcbur qalıblar.
Videoya şərh yazan şəhər sakinləri də oxşar hadisə ilə qarşılaşdıqlarını bildiriblər.