Məşhur boksçu həbsxanada İNTİHAR ETDİ - Foto

Baxış sayı:
3796

Boks üzrə keçmiş dünya çempionu intihar edib.
"Ölkə.Az" Rusiya mətbuatına istinadən  xəbər verir ki, Ümumdünya Boks Şurasının (WBC) versiyasına görə dünya çempionu olmuş polşalı boksçu  David Kosteçki özünü öldürüb 38 yaşlı idmançı həbsxanada özünə qəsd edib. Cəzaçəkmə müəssisəsindən xəbəri təsdiqləyiblər. 
Qeyd edək ki, Kosteçkicinayət qrupu təşkil etməkdə günahkar bilinərək, 5 il həbs cəzasına məhkum edilmişdi. Kosteçkinin cəzasının başa çatmasına iki ili var idi. Sonuncu dəfə o,  2014-cü ildə rinqə çıxıb. Sonra həmyerlisi Andrzej Wajdaya məğlub olaraq, karyerasını başa vurmuşdu. Polşalı idmançı yüngül çəkidə çıxış edib. Karyerası ərzində 41 dəfə rinqə çıxan polyak, bu görüşlərin 39-da qalib gəlib.

Məşhur boksçu intihar etdi