Türkiyədə avtobus yanıb – 5 nəfər ölüb
2-08-2019 16:41
Baxış sayı:
5719
ürkiyənin Balıkesir əyalətində avtobusun yanması nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” NTV televiziyasına istinadla xəbər verir ki, hadisə avqustun 2-də Balıkesirin İvrindi şəhərində baş verib.
Avtobusda 34 sərnişin olub.
Yanğının səbəbi araşdırılır.