Azərbaycanda biznesi olan türk iş adamı vəfat etdi
30-07-2019 12:22
Baxış sayı:
7729

Azərbaycanda tikinti materiallarının və dəmir avadanlıqların istehsalı, eləcə də satışı ilə məşğul olan türk iş adamı Osman Gezeker dünyasını dəyişib.
“Report” xəbər verir ki, o, bu gün səhər saatlarında vəfat edib.
O.Gezeker uzun müddət “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyində təmsil olunub.