Aeroport yolunda qız özünü maşından belə atdı – VİDEO
30-07-2019 11:32
Baxış sayı:
7639

Bakıda qeyri-adi yol qəzası kameraya düşüb. Muxalifet.az “avtosfer.az”a istinadən xəbər verir ki, aeroport yolunda yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin ön oturacağında sərnişin xanım qapını açaraq özünü yola atıb. Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşür və qızı qucağına alaraq avtomobilə qoyur, daha sonra yoluna davam edir. Hadisəyə səbəb avtomobildə mübahisənin olduğu ehtimal edilir. Görüntüləri təqdim edirik: