​Hökumətdən işsizlərlə bağlı yeni qərar

Baxış sayı:
7624

Baş Nazir Novruz Məmmədov "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.
Qaynarinfo xəbər verir ki, qaydalar "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Prezidentin müfaviq Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Baş nazir həmçinin "İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarını ləğv edib. 
Bu Qərarda dəyişikliklər Prezidentin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.