İsgəndər Həmidovun səhhəti ağırlaşdı
17-07-2019 18:26
Baxış sayı:
9841

Bu gecə sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü İsgəndər Həmidovun vəziyyəti ağırlaşıb. Bu barədə AXH-nin İdarə Heyətinin üzvü, ALDP sədri Fuad Əliyev musavat.com-a məlumat verib. Onun sözlərinə görə İsgəndər Həmidov istirahət etdiyi rayonda kəskin ağrılar və pristupla xəstəxanaya yerləşdirilib. Lakin sabiq nazirin səhhəti get-gedə daha da pisləşdiyindən onu Bakıya gətirirlər.
Qeyd edək ki, İsgəndər Həmidovun ürəyində problemlər təxminən iki ay öncə başlamışdı və o Türkiyəyə müalicəyə götürülmüşdü. Bir müddət Türkiyədə müalicə aldıqdan sonra Azərbaycana qayıdıb. Onun ürəyində əməliyyat aparılmasına hazırlıq getdiyi barədə siyasi müttəfqiləri açıqlama vermişdilər.