Müəllim işləyən ata qızını VƏHŞİCƏSİNƏ öldürdü - FOTO
17-07-2019 11:35
Baxış sayı:
8995

Türkiyədə müəllim işləyən ata Mehmet K. tibb bacısı olan qızı Çiğdem K.-nı öldürüb. Qızını öldürdükdən sonra polisə zəng vuraraq törətdiyi cinayəti etiraf edib və evə gələn polislərə təslim olub. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qızını öldürən Mehmet K. ilk öncə onunla mübahisə edib. Daha sonra onu yerə yıxıb boğazından sıxaraq boğub. Nəfəssiz qalan Çiğdem K. təcili yardımla xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq gənc qız dünyasını dəyişib. Bildirilir ki, 26 yaşlı qız 1 ildir tibb bacısı işləyirmiş. Qızın meyitini polis nəzarəti ilə ailə üzvlərinə təhvil veriblər.