​Jirinovskidən Ərdoğan və Türkiyə ilə bağlı SENSASİON SÖZLƏR: NATO...

Baxış sayı:
9497

“Türkiyə NATO-dan çıxmağa hazırdır”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
Telegramda fikirlərini paylaşan partiya rəhbəri qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məsələyə toxunublar: “Ərdoğanla iki dəfə görüşdüm. Mənə şəxsən Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu söylədi. Avropa ittifaqına üzv olmaq istəyirlər, ancaq qəbul edilmirlər. Tələbləri ard-arda yerinə yetirirlər, lakin ittifaqa daxil olunmurlar. NATO-ya isə ilk qəbul edilənlərdən oldular. Ona görə ki, yerləşdikləri bölgə Rusiyaya qarşı hərəkət etmək üçün uyğundur”.