TÜKÜRPƏDƏN OLAY: 3 il anasının meyiti ilə yaşadı, 15 yaşlı qızını isə...
12-07-2019 15:05
Baxış sayı:
8113
ABŞ-ın Texas ştatında dəhşətli hadisənin üstü 3 ildən sonra açılıb. Muxalifet.az BBC-yə istinadən xəbər verir ki, 47 yaşlı qadın bu illər ərzində 71 yaşlı anasının meyiti ilə birgə yaşayıb. Belə ki, 71 yaşlı ana 2016-cı ildə yıxılıb və ciddi travma alıb. Lakin o, xəstəxanaya aparılmayıb və evdə keçinib. Qızı onu dəfn etmək yerinə, 3 il qonşu otaqda saxlayıb. Bundan başqa, 15 yaşlı qızına da işgəncələr verib. Polis qadını həbs edib. İttihamlar sübuta yetirilsə, onu 20 il həbs cəzası və 10 min dollar cərimə gözləyir. Qızı isə qohumlarının himayəsinə veriləcək.