Rusiyadan gələn sirrli təyyarə Malatyaya endi

Baxış sayı:
14944

Rus mediasında S-400 havadan müdafiə sistemlərinin Türkiyəyə doğru yola çıxdığı xəbərləri yer alarkən, Rusiya Hava Qüvvələrinə aid sirrli bir təyyarə Malatyanın Erhaç Aerodromina enib.
 
Rusiya Hava Qüvvələrinə aid Tu-154B-2 tipli hərbi bir təyyarə Malatyanın Erhaç Aerodromuna gəlib. S-400 Havadan Müdafiə Sisteminin yerləşdiriləcəyi yerlərin haralar olacağı gündəmdəykən, Malatyaya gələn Rus hərbi təyyarəsinin mövzuyla əlaqədar hərbi bir heyəti daşıdığı təxmin edilir.
 
"Rus hərbi heyəti gətirdi" iddiası
 
Flight Radar-ın məlumatlarına görə, Moskvadan 16.05-də qalxan RƏ-85559 qeydiyyatlı (RFF7333) Tupolev Tu-154B-2 tipli hərbi təyyarəsi saat 18.40 radələrində Malatyanın Erhaç Aerodromuna enib. Təyyarənin raketlərin yerləşdirilməsi əlaqədar iş görmək üçün bir Rus hərbi heyətini Malatyaya gətirmiş ola biləcəyi və seçilən yerlər arasında Malatyanın da olduğu təxmin edilir.
 
Abdullah Ağardan açıqlama
 
Təhlükəsizlik mütəxəssi Abdullah Ağar Twitter hesabından etdiyi açıqlamada, "Rusların Hacı Muradı Antonov AN-124-dür. S-400-lər bunlarla gələcək. 150 ton daşıya bilirlər. Bu gün Malatyaya enən "S-400-lər gəldi" deyə həyəcan yaradan və biri Ankaraya doğru davam edən Tupolev təyyarəsi isə olabiləcək S-400 heyətini daşıyır" deyə qeyd edib.
Müxalifət.az