Rusiya hərbi təyyarələri Malatyaya endi - S-400 ÜÇÜN?

Baxış sayı:
14950

Rusiya mediası S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə doğru yola çıxdığı xəbərini verdiyi bir dövrdə, Rusiya Hava Qüvvələrinə məxsus sirli bir təyyarə Malatya Erhaç hava limanına enib. Tu-154B-2 tipli hərbi sərnişin təyyarəsi dünən saat 18.40 civarında Malatyaya enib. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.