Əfqanıstanda partlayış zamanı 12 nəfər həlak olub, onlarla insan yaralanıb
7-07-2019 10:40
Baxış sayı:
3241

Əfqanıstanda partlayış törədilib. Bu barədə “Report” “Pajvak” agentliyinə istinadən xəbər verir. Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb. Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir. “Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb.