“ABŞ sanksiya tətbiq etsə, Türkiyə daha aktiv olacaq” – Rus ekspert

Baxış sayı:
1864

Rusiyalı ekspert Oleviç ABŞ-ın bütün etiraz və sanksiya təhdidlərinə baxmayaraq Türkiyənin S-400 havadan müdafiə sistemini alma qərarını dəyişdirməyəcəyini ifadə edib.
 
Rusiyanın “İzvestiya” qəzetinə açıqlama verən Rusiya Aktual Siyasət Mərkəzindən Viktor Oleviç, ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etdiyi təqdirdə, tək nəticənin yalnız ən əhəmiyyətli müttəfiqlərindən biri ilə əlaqələri çətinləşdirəcəyini söyləyib.
 
"SANKSİYA OLSA, TÜRKİYƏ DAHA AKTİV OLACAQ"
 
Türkiyənin NATO daxilində ABŞ-dan sonra ən böyük ikinci orduya sahib ölkə olduğunu xatırladan mütəxəssis, "Sanksiya tətbiq olunduğu təqdirdə, Türk rəhbərliyi Rusiya daxil, digər geosiyasi oyunçular sayəsində beynəlxalq arenadakı mövqesini düzəltmək üçün daha aktiv olacaq" deyib.
Türkiyənin ABŞ istehsalı olmayan silah almasının bənzərsiz bir hadisə olmadığını söyləyən Oleviç, "NATO üzvü ölkələr yalnız ABŞ və ya digər NATO ölkələrinin silahını almaq kimi bir öhdəlik götürməyib " deyib.
NATO ölkələrinin daha əvvəl də Rus silah aldığını söyləyən mütəxəssis, Yunanıstanı işarə edərək "S-300 havadan müdafiə sistemləri Girit Adasında yerləşdirilib. Bundan başqa, Rusiya istehsalı “Tor” zenit sistemlər də onları qoruyur" deyib.
Müxalifət.az