İsraildə nələr baş verir? Yəhudilər “Allahu Əkbər” deyə təkbir gətirməyə başladı

Baxış sayı:
9514

İsraildə ötən bazar günü Efiopiya əslli bir gəncin polis tərəfindən vəhşicə qətl edilməsindən sonra başlayan etirazlar davam edir. İsraildə yaşayan Efiopiya mənşəli 'Falaşa' adı verilən Yəhudilər, İsrail polisini əsəbiləşdirmək üçün 'Fələstin' deyə qışqıraraq 'Təkbir' gətirir. İsraildə bazar günü Efiopiya əslli 19 yaşındakı Solomon Tekah adlı gəncin polis gülləsiylə öldürülməsindən sonra başlayan etiraz dalğası gün keçdikcə artır. Günlərdir davam edən etirazlara qatılan yüzlərlə adam, avtomobil təkərləri yandıraraq, polis avtomobillərini aşıraraq yaşanan qırğına etiraz edir. 'Falaşalar 'təkbir' gətirdi İsraildə yaşayan və 'Falaşa' adı verilən Efiopiyalı Yəhudilər İsrail polisini əsəbiləşdirmək üçün fərqli yollara müraciət etməyə başlayıb. Paytaxt Təl Əvivdə bir avtomobil şosesini bağlayan Falaşaların etdikləri etiraz nümayişlərində 'Fələstin' deyə qışqıraraq 'Təkbir' gətirdiyi görüntülər ortaya çıxıb. Müxalifət.az